Kahramanmaraş mərkəzli 7,7 və 7,6 bal gücündə bir həftəni geridə qoyan zəlzələlərdə can itkisi 31 min 643-ə yüksəldi.
TEZADLAR.AZ xəbər verir ki, Türkiyənin Afət və Fövqəladə Hallar Agentliyi (AFAD) tərəfindən verilən məlumatda yazılır: “10 rayonda baş verən zəlzələlərdə həyatını itirənlərin sayı 31 min 643-ə yüksəldi. Yaralı sayı 80 min 278-dir.”
Türkiyənin vitse-prezidenti Fuad Oqtay isə axtarış-xilasetmə məqsədi ilə sahədə 34.717 heyətin var-gücləri ilə çalışdırlarını bildirib.
Ölkənin Xarici İşlər Nazirliyi bir çox ölkədən təxminən 10 min personalın sahədəki işi dəstəklədiyini qeyd edib.
Xatırladaq ki, 6 fevralda Türkiyənin 10 rayonunda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər minlərlə insanın həyatına son qoyub və "Əsrin fəlakəti" adlandırılıb (trt).