Rusiyanın xarici işlər naziri Sergey Lavrov martın 20-də Ermənistan xarici işlər naziri ilə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib ki, Qərb ölkələri Cənubi Qafqazda rəngli inqilablar hazırlamaq üçün bir sıra təşkilatlara sponsorluq edir.

“Qərb dünyanın bu hissəsində, hər bir regionda olduğu kimi, növbəti rəngli inqilaba hazırlıq adlandırıla biləcək fəaliyyətlərlə məşğul olan müxtəlif qeyri-hökumət təşkilatlarına maliyyə və maddi dəstək verir”, - Lavrov bildirib.

Nazirin sözlərinə görə, bütün bunlar o qədər də gizli deyil və adıçəkilən qeyri-hökumət təşkilatları da məlumdur. Onlar açıq şəkildə Qərbin maraqlarını müdafiə edir, Rusiya və İranın hərəkətlərini gözdən salmağa çalışırlar.

Lavrov qeyd edib ki, Qərb Rusiyanı Cənubi Qafqaz ölkələrindən qoparmağı qarşısına məqsəd qoyub. Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, Moskva bu regionda üç Cənubi Qafqaz dövlətinin: Ermənistan, Azərbaycan və Gürcüstanın və onların üç qonşusu Rusiya, Türkiyə və İranın qarşılıqlı fəaliyyətini nəzərdə tutan “3+3” formatını təbliğ edir. Gürcüstan hələ də bu formata qoşulmaq barədə düşünür, onun çərçivəsində ilk görüş artıq baş tutub. Lavrov qapıların Tiflis üçün hər zaman açıq olduğunu vurğulayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN