İstanbuldakı xəstəxanalardan birində müalicə olunan Günel Eminli xərçəngə qalib gələ bilməyib...
Bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıblar.
Bildirilib ki, uzun müddətdir xərçəngdən əziyyət çəkən yazar bu gün Türkiyədə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Günel ədəbiyyat-mədəniyyət saytlarında müxtəlif yazılarla çıxış edib, bir neçə kitabın müəllifi olub. Həmçinin, bu gün onun doğum günü idi...
TEZADLAR.AZ xatırladır ki, ki, Günel Eminli sonuncu dəfə mayın 28-də sosial şəbəkə hesabında bu cür paylaşım edib:
"İstanbul xəstəxanalarında xərçınglə ölüm dirim savaşında ikən unudursan ki, sən də belə möhtəşəm layihəyə seçilmişdin indi Budapeştdə oxmalıydın, sən isə sağalmaq mücadiləsindəsən".
Çox təəssüf!
Y.MƏMMƏDLİ