Xüsusi müşavir Cek Smit 37 maddə ilə ittiham olunan ABŞ-ın keçmiş prezidenti Donald Trampın “sürətli mühakimə olunmasını” tələb edəcək.

Tezadlar.az bildirir ki, bu barədə CBS News xəbər verir.

"Ölkəmizdə bir qanunlar toplusu var və onlar hamıya şamil edilir", - xüsusi prokuror deyib.

Smit hər kəsi “iddia edilən cinayətlərin miqyasını və ağırlığını anlamaq üçün” Trampın ittihamnaməsini oxumağa çağırıb.

Smitin açıqlaması Ədliyyə Departamentinin Trampın "FTB və böyük münsiflər heyətinin təhqiqatına mane olmağa və məxfi sənədlərin saxlanmasını ört-basdır etməyə cəhd etdiyi" iddiası ilə 44 səhifəlik federal ittihamnaməni dərc etməsindən bir neçə saat sonra gəlib.

Qeyd edək ki, keçmiş prezident Trampa qarşı irəli sürülən ittihamlar onun Floridadakı Mar-a-Laqo iqamətgahından götürülən məxfi sənədlərlə bağlıdır. ABŞ-ın Florida ştatının federal prokurorluğu keçmiş prezident Donald Trampa qarşı məxfi sənədlərin saxlanması və işlənməsi qaydalarını pozduğuna görə 37 ittiham irəli sürüb.

Trampın özü ona qarşı yeni ittihamların “ən yüksək səviyyədə seçki müdaxiləsi” olduğunu və Bayden administrasiyasının tarixdə “ən korrupsioner” olduğunu bildirib. O, ona qarşı açılan yeni işi "bütün zamanların ən böyük ifritə ovu" adlandırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN