Ermənistan Rusiyanı Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsi ilə bağlı məsələnin hüquqi həlli üçün saziş imzalamağa dəvət edir.

Bu barədə İrəvanın beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsi Yeqişe Kirakosyan danışıb.

“Biz Rusiya Federasiyasına ikitərəfli saziş bağlamağı təklif etmişik ki, Roma Əsasnaməsi Ermənistan tərəfindən ratifikasiya olunarsa, Rusiyanın qorxuları dəf edilsin”, - TASS agentliyi Kirakosyandan sitat gətirib.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi İrəvandan BCM-nin Roma Əsasnaməsinin Ermənistan parlamenti tərəfindən ratifikasiyası ilə bağlı açıqlama istəyib. Departamentin spikeri Mariya Zaxarovanın izah edib ki, Moskva öz hərəkətlərini erməni tərəfinin cavabı əsasında quracaq.

Xatırladaq ki, mart ayında BCM Rusiya prezidenti Vladimir Putin və prezidentin uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belovanın həbsinə order vermişdi. Dövlət başçısının mətbuat katibi Dmitri Peskov BCM-nin qərarını hüquqi baxımdan “əhəmiyyətsiz” adlandırıb. Məlum olduğu kimi, Rusiya BCM-nin tərəfi deyil. Bundan əlavə, 2016-cı ildən Rusiya Federasiyası onun işində müşahidəçi qismində iştirakını dayandırıb. Rusiyada Roma Əsasnaməsi ratifikasiya olunmayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN