Macarıstan hökuməti Avropada yeni beynəlxalq təhlükəsizlik sisteminin yaradılmasından danışır. Macarıstan Xarici İşlər Nazirliyinin ikitərəfli əlaqələr üzrə dövlət katibi Tamaş Mençerin sözlərinə görə, bu, həm Rusiya, həm də Ukraynanın maraqlarına cavab verməlidir.

Diplomat hakim partiyanın “FİDES - Macarıstan Vətəndaş Birliyi” təşkilatının gəncləri qarşısında çıxışı zamanı Ukraynadakı münaqişəyə toxunub və qeyd edib ki, Macarıstan “dərhal və qeyd-şərtsiz atəşkəs” və sülh sazişinin hazırlanması tərəfdarıdır.

Bundan sonra o, "biz Ukraynanın təhlükəsizliyinə zəmanət verəcək və Rusiya üçün məqbul olan təhlükəsizlik sistemi yaratmalıyıq" deyib.

Macarıstanın baş naziri Viktor Orban bundan əvvəl bəyan etmişdi ki, Qərb ölkələri, o cümlədən Aİ və ABŞ Rusiya ilə Avropa təhlükəsizliyinin gələcək arxitekturasına dair saziş bağlamalıdırlar. Orban hesab edir ki, bu məsələ ilə bağlı danışıqlar Ukraynada münaqişənin həllindən dərhal sonra başlamalıdır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN