ABŞ Ukraynanı maliyyələşdirməyi dayandırmalı və diqqətini öz işlərinə yönəltməlidir.

Bu fikri sosial şəbəkəsində konqresmen Marcori Teylor Greene bildirib.

"Ukrayna üçün daha pul yoxdur!" – o, tələb edib.

Yeni bağlanma ehtimalını şərh edən Qrin qeyd edib ki, silahlı hökuməti dayandırmaq və ABŞ-ın hazırkı prezidenti Co Baydenə impiçment elan etmək lazımdır.

Hələ avqust ayında ABŞ Respublikaçılar Partiyasının nümayəndələrinin prezident Co Baydendən Ukraynaya dəstək üçün əlavə vəsait tələbini geri götürməsini tələb etdiyi bildirilirdi.

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti Ukrayna prezidenti Vladimir Zelenskidən dövlətlərin hərbi yardım çərçivəsində Kiyevə ayırdığı Ukrayna Silahlı Qüvvələrinə xərclənən pullar barədə hesabat tələb etmək niyyətində olduğunu bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN