Bu ilin on ayında 88 nəfər Estoniya vətəndaşlığından imtina edib, onlardan iyirmi dördü Rusiya vətəndaşlığını seçib.

Bu barədə “ERR” dövlət televiziya və radio yayım portalı məlumat yayıb.

Nəşr qeyd edir ki, 24 nəfər Rusiya, 9 nəfər Böyük Britaniya, 7 nəfər İsveç vətəndaşlığını qəbul edib.

Qalanları Finlandiya, Hollandiya, Norveç, İrlandiya və Almaniya vətəndaşı olmaq arzusunda olublar.

Daha bir nəfər ABŞ, İsrail, İspaniya, Fransa, Belarus və İsveçrə vətəndaşlığını qəbul edib.

Bundan əvvəl bildirilmişdi ki, Estoniya Ədliyyə Nazirliyi Rusiya ilə hüquqi yardım haqqında sazişin denonsasiyası haqqında qanun layihəsini baxılmaq üçün digər idarələrə göndərib.

Vətəndaşların problemlərinin həlli çətinləşəcək, baxılması üçün daha çox əlavə sənədlər və vaxt tələb olunacaq.

Xatırladaq ki, Rusiya ilə Estoniya arasında hüquqi yardım haqqında saziş 1995-ci ildə imzalanıb. Müqavilənin ləğvi ilə bağlı son sözü Estoniya parlamenti deyəcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN