İsrail təhlükəsizlik qüvvələri bazar ertəsi gecə İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı terror fəaliyyətlərində iştirakda şübhəli bilinərək axtarışda olan 36 nəfəri saxlayıblar ki, onlardan 14-ü Qəzza zolağında hakim HƏMAS hərəkatının tərəfdarıdır.
Tezadlar.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Yəhudeya və Samariyada təhlükəsizlik qüvvələri 14-ü HƏMAS terror təşkilatının tərəfdarı olmaqla axtarışda olan 36 şəxsi saxlayıb”, - deyə məlumatda bildirilir.
Ümumilikdə, oktyabrın 7-dən İsrail hərbçiləri İordan çayının qərb sahilində 1650 fələstinlini, o cümlədən 950-si Həmas tərəfdarını saxlayıb, mətbuat xidməti əlavə edib.
E.ŞİRİNOV