Qəzza zolağında təxminən 780 min insan BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (QYİA) obyektlərinə sığınıb.
Bu barədə qurumun dərc etdiyi məlumatda deyilir.
"QYİA Qəzza zolağında 150-dən çox obyektdə 780 minə yaxın insanı qəbul edir", - təşkilat bildirib.
Həmçinin bildirilir ki, İsrailin bombardmanı nəticəsində BMT-nin 60-dan çox binası zədələnib, onlardan 10-u birbaşa zərbələrə məruz qalıb.
QYİA daha əvvəl bildirmişdi ki, təşkilatın Qəzza zolağının cənub hissəsində yerləşən obyekti İsrail Hərbi Dəniz Qüvvələrinin zərbələri nəticəsində ciddi ziyan görüb.
E.ŞİRİNOV