Qəzza zolağının şimalında yerləşən “Əl-Şifa” xəstəxanasında ən azı 32 xəstə elektrik enerjisi və generatorlar üçün yanacaq çatışmazlığı səbəbindən dünyasını dəyişib.

Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Oktyabrın 27-də İsrail ordusu bəyan edib ki, Fələstin HƏMAS hərəkatının əsas komanda qərargahı Qəzza şəhərində yerləşən “Əl-Şifa” mərkəzi xəstəxanasının ərazisində yerləşir, burada bir neçə yeraltı kompleks və tunel var. Xəstəxananın həkimlərindən biri Həsən Əbu Sittah noyabrın 3-də bildirib ki, tibb müəssisəsində iki elektrik generatorundan yalnız biri işləyir. Noyabrın 11-də ISNA agentliyi İsrail əsgərlərinin “Əl-Şifa” xəstəxanasının kənarına çatdığını və binanın bilavasitə yaxınlığında şiddətli döyüşlərin getdiyini bildirib. Həmin gün Qəzza zolağının Səhiyyə Nazirliyi yanacaq ehtiyatlarının tükənməsi səbəbindən xəstəxanada fəaliyyətin dayandırıldığını açıqlayıb. Öz növbəsində, İsrail ordusunun sözçüsü Daniel Həqari hərbçilərin noyabrın 12-də xəstəxananın uşaq şöbəsindən uşaqların təxliyyəsinə köməklik göstərəcəyini bildirib və binanın bloklanmadığını vurğulayıb. Lakin qurumun direktoru Məhəmməd Əbu Salmiya bu məlumatı təkzib edib. Onun sözlərinə görə, xəstəxanada həyat təminatı və tibbi xidmət üçün şərait yoxdur.

Bazar günü axşam Qəzza zolağı hökumətinin mətbuat xidməti bildirib ki, İsrail ordusu, xüsusən də “Əl-Şifa” xəstəxanasının reanimasiya şöbəsinin bir hissəsini dağıdıb, cərrahiyə binasının üst mərtəbəsini, kardiologiya və doğum şöbələrini vurub. Həmçinin, tibb müəssisələrinin oksigen xətlərindən birinə atəş açıb. Nəticədə, iki vaxtından əvvəl doğulmuş körpə və daha 6 nəfər ölüb. Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Gebreyesusun daha sonra dediyi kimi, “Əl-Şifa” xəstəxanasında üç gündür işıq və su yoxdur, onun stasionar şöbəsi fəaliyyət göstərmir və xəstələr arasında ölüm hallarının sayı xeyli artıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN