Rusiya vətəndaşı Estoniya sərhədçiləri tərəfindən avtomobilinə bərkidilmiş Müqəddəs Georgi lentinə görə 400 avro cərimə edilib.
Bu barədə Estoniyanın “ERR” dövlət televiziya və radio portalı məlumat yayıb.
Məlumata görə, hadisə noyabrın 11-də Narva-1 sərhəd-keçid məntəqəsində baş verib. Estoniya sərhədçiləri rus avtomobilini yoxlayarkən “Müqəddəs Georgi” lenti aşkar ediblər. “ERR” xəbər verir ki, onlar bunun Estoniyada qadağan olunduğunu bildiriblər və sürücünü 400 avro cərimələyiblər.
Estoniya Dövlət Televiziya və Radio portalı qeyd edir ki, sürücü könüllü olaraq Georgi lentini təslim edib və Estoniyaya buraxılıb.
Əvvəllər bildirilmişdi ki, Estoniya sərhəd xidmətinin əməkdaşları avtomobillərində Georgi lenti diqqət çəkən ruslara qarşı cərimələr tətbiq ediblər.
Bu il Estoniya hakimiyyəti respublikanın rus əhalisinin əksəriyyətinin yaşadığı Harju qraflığı, Laane-Virumaa və İda-Virumaa əyalətlərində Qələbə Günü münasibətilə rus və sovet simvollarından istifadə etməklə hər hansı kütləvi tədbirin keçirilməsini qadağan edib.
E.ŞİRİNOV