Fələstinin Baş naziri Məhəmməd İştiye İsrailin Qəzzanın cənubunda “müvəqqəti qaçqın düşərgələri yaratmaq” təklifini rədd etdiklərini bildirib.
TEZADLAR.AZ TRT-yə istinadən xəbər verir ki, baş nazir həftəlik Nazirlər Kabinetinin iclasında verdiyi açıqlamada Birləşmiş Millətlər Təşkilatı (BMT) və Avropa İttifaqından Qəzzaya yardımların yalnız "Rəfah" keçid məntəqəsi ilə məhdudlaşmamasını təmin etməyə, humanitar yardım dəhlizləri yaratmağa və şimal tərəfi başda olmaqla bölgəyə yardımların paraşütlə endirilməsinə çağırıb.
Hücumların dayanması üçün beynəlxalq çərçivədə mübarizə apardıqlarını ifadə edən İştiyə Qəzzanın şimalı başda olmaqla bütün bölgələrə qida və dərman çatdırmaq və Qəzza xalqını xilas etmək üçün əllərindən gələni etdiklərini bildirib.
İştiyə "Fələstinin tarixində müvəqqəti deyilən bir şey yoxdur. Təcrübə bizə öyrətdi ki, müvəqqəti olan daimidir" deyib.
İştiyə “Qəzzaya səlahiyyətlərin geri verilməsinə etiraz edən və işğalı uzun müddət davam etdirmək istəyən İsrailin Baş naziri Benyamin Netanyahuya” müraciət edərək deyib:
"İzlədiyi siyasət onların başına fəlakət gətirəcək. Qəzza zolağı 1967-ci ildə işğal olunmuş Fələstin ərazisinin bir hissəsidir. Oradakı xalqımıza kömək etmək üçün heç kimdən icazə almağa ehtiyacımız yoxdur".
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında HƏMAS qruplaşması tərəfindən Qəzza zolağından İsrailə raket hücumları başlayıb və silahlı qruplar ölkənin ərazisinə soxularaq polis idarəsini zəbt ediblər, mülki insanları girov götürüblər.
Hazırda İsraildə müharibə vəziyyəti elan olunub və ehtiyatda olan hərbi qulluqçuların a çağırışı elan olunub.
İsrail HƏMAS-ın silahı yer qoyaraq təslim olmasını istəyir.
JASMİN