İsrail Müdafiə Qüvvələri qalan sakinlərin çıxmasına icazə vermək üçün Qəzza şəhərində döyüşləri dörd saat müddətinə dayandırıb.
Tezadlar.az bildirir ki, bu barədə İsrail ordusunun mətbuat katibi Aviçai Edri məlumat verib.
“Bu gün biz gün ərzində, yəni saat 10:00-dan 14:00-dək (Bakı vaxtı ilə saat 12:00-dan 16:00-a qədər olan vaxta uyğundur) Daraj Tuffa ərazisində (cənub hissəsində yerləşən) hərbi əməliyyatları müvəqqəti dayandıracağıq)”, - o, sosial şəbəkəsindəki səhifəsində yazıb.
Edri onu da bildirib ki, Qəzza zolağının şimal rayonlarının sakinlərinin təxliyyəsi üçün humanitar dəhliz yenidən yerli vaxtla saat 09:00-dan 16:00-a qədər (Bakı vaxtı ilə saat 11:00-dan 18:00-a qədər) fəaliyyət göstərəcək. Marşrut Salah ed-Din yolu ilə anklavın cənubuna doğru hərəkət edəcək. Bundan əlavə, İsrail hərbçiləri Əl-Şati fələstinli qaçqın düşərgəsinin sakinlərinə orada davam edən döyüşlər səbəbindən yerli vaxtla saat 10:00-dan 16:00-a qədər tərk etməyə icazə verəcək.
E.ŞİRİNOV