Ermənistanın baş naziri Nikol Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenkoya noyabrın 23-də Minskdə keçiriləcək KTMT iclasında iştirakdan imtina etdiyini bildirib.

“Belarus tərəfinin təşəbbüsü ilə baş nazir Nikol Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığı aparıb, KTMT Şurasının noyabrın 23-də Minskdə keçiriləcək iclasının təşkili ilə bağlı məsələlər müzakirə edilib. Baş nazir Paşinyan Belarus prezidentinə görüşdə iştirak edə bilməyəcəyi barədə məlumat verib və ümid etdiyini bildirib ki, KTMT tərəfdaşları bu qərarı anlayacaqlar”, - deyə məlumatda bildirilir.

Oktyabrın 18-də Ermənistan parlamentində xarici əlaqələr komissiyasının rəhbəri Sarkis Xandanyan bildirib ki, hazırda hakimiyyət KTMT və Avrasiya İqtisadi İttifaqından çıxmaq mövzusunu müzakirə etmir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN