NATO-nun baş katibi Yens Stoltenberq Ukraynadakı münaqişə zonasında vəziyyətin mürəkkəb olduğunu etiraf edib.
Tezadlar.az xəbər verir ki, o, bu barədə alyansın müdafiə nazirlərinin iclasında bildirib.
Qeyd olunur ki, bu mövzuda çıxışında alyansın baş katibi heç vaxt Ukrayna hücumundan bəhs etməyib. Stoltenberq Ukraynada gərgin döyüşlərin davam etdiyinə diqqət çəkib və Ukrayna Silahlı Qüvvələrinə dəstəyin davam etdirilməsinə çağırıb.
NATO-nun baş katibi vəziyyəti Avropa İttifaqının Müdafiə Nazirliyinin rəhbərləri ilə müzakirə etmək planlarını da açıqlayıb.
Bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Avropa İttifaqının 2024-cü ilin martına qədər Ukrayna Silahlı Qüvvələrinə 1 milyon artilleriya mərmisi tədarükü planını yerinə yetirə bilməyəcəyini təsdiqləyib.
E.ŞİRİNOV