Gürcüstan Xarici İşlər Nazirliyi Ukraynada Rusiya tərəfindən əsir götürülmüş gürcü döyüşçülərlə bağlı bəyanat yayıb.
Tezadlar.az Gürcüstan XİN- ə istinadla bildirir ki, onların hansı şəraitdə əsir düşdüyü həıəki bilinmir... Amma bəyanatda Gürcüstan vətəndaşlarının hüquqlarının qorunması üçün mövcud beynəlxalq mexanizmlərdən istifadə ediləcəyi bildirilir. Sitat: "Gürcüstanın Xarici İşlər Nazirliyi açıq mənbələrə əsaslanaraq Ukraynada döyüşən iki Gürcüstan vətəndaşı Q.Q və Q.Ş-nın hərbi əməliyyatlar zamanı Rusiya Federasiyasının silahlı qüvvələri tərəfindən əsir götürülməsi haqqında məlumatlıdır. Gürcüstan tərəfi vətəndaşlarının Konstitusiya ilə təmin edilmiş hüquqlarını qorumaq üçün sərəncamında olan bütün beynəlxalq mexanizmlərdən, o cümlədən Beynəlxalq Qızıl Xaç Cəmiyyətindən, həmçinin Gürcüstan və Rusiya Federasiyası arasında vasitəçi qismində olan İsveçrə Konfederasiyasından istifadə edəcək”.
Rusiya XİN isə hələki əsirlər barədə hansısa məlumat verməyib...
A.Məmmədli