Almaniya Kiyev hakimiyyətinə yardımı davam etdirəcək.
Tezadlar.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Bundestaqda çıxışı zamanı deyib.
"Almaniyanın Ukrayna ilə həmrəyliyi və onun özünü müdafiə edə bilməsi üçün verdiyimiz dəstəyimiz sarsılmazdır" - deyən Şolts əlavə edib: "Əhəmiyyətli, bəlkə də ən mühüm mesaj ondan ibarətdir ki, biz lazım olduğu qədər Ukraynanı dəstəkləyəcəyik, Ukrayna buna arxalana bilər".
Qeyd edək ki, son il yarım ərzində Almaniyadan Ukraynaya humanitar, maliyyə və hərbi yardımın ümumi həcmi təxminən 24 milyard avro təşkil edib.
2024-cü ildə Almaniya Ukraynaya 4 milyard avro məbləğində dəstək verməyi planlaşdırırdı, indi bu məbləğin iki dəfə artacağı gözlənilir.
E.ŞİRİNOV