Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsi İsveçin NATO-ya qəbulu ilə bağlı protokolun müzakirəsini təxirə salıb.

Bu barədə NTV telekanalı məlumat yayıb.

Məlumata görə, iclasa komissiyanın rəhbəri Fuat Oktay sədrlik edib. Gündəliyə İsveçin NATO-ya daxil olması ilə bağlı protokol daxil olmaqla, təsdiq edilməsi tələb olunan yeddi beynəlxalq saziş və sənədlər daxil idi.

Telekanal qeyd edir ki, bu sənədlərlə bağlı heç bir qərar qəbul edilməyib. Məlumata görə, müzakirələrin yeni mərhələsinin tarixi daha sonra müəyyənləşəcək.

TRT telekanalının məlumatına görə, hakim Ədalət və İnkişaf Partiyasından olan deputatlar protokolla bağlı qərarın təxirə salınması təşəbbüsü ilə çıxış ediblər. Onların fikrincə, İsveçlə bağlı məsələdə “kifayət qədər aydınlıq yoxdur” və “hələ müzakirə üçün yetərincə yetişməmişdir”. Bununla bağlı onlar komissiyadan müzakirəni dayandırmağı və başqa tarixə keçirməyi xahiş ediblər, - kanal qeyd edir.

​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN