Kiyevin meri Vitali Kliçko etiraf edib ki, çətin beynəlxalq vəziyyəti nəzərə alaraq, prezidentlik kampaniyasında iştirakını istisna edir, - RİA Novosti yazır.

Agentliyin məlumatına görə, isveçrəli jurnalistlər merdən prezidentlik kampaniyası baş tutacağı təqdirdə iştirak etmək niyyətində olub-olmadığını soruşublar.

Keçmiş boksçu açıq şəkildə cavab verib ki, hazırda siyasi ambisiyaları həyata keçirmək barədə düşünmək “axmaqlıq olardı”.

"Bu gün biz yalnız Ukraynanın, ümumiyyətlə, mövcud olub-olmayacağından danışırıq", - Kliçko deyib.

Daha əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Ukrayna Ali Radasının seçkilərin ləğvi ilə bağlı qərarı o deməkdir ki, Vladimir Zelenski, nəhayət ki, maskasını atıb və əsl üzünü göstərib. O əlavə edib ki, hücumun uğursuzluğu fonunda seçkilərin keçirilməsi Kiyev hakimiyyəti üçün həddindən artıq risklər daşıyır.

​​​ E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN