Paraqvayın şərqində kiçik təyyarənin qəzaya uğraması nəticəsində parlamentin deputatı da daxil olmaqla 4 nəfər həlak olub.

Tezadlar.az xəbər verir ki, bu barədə qanunverici orqanın aşağı palatası məlumat yayıb.

“Dekabrın 2-də deputat Valter Armes San Pedro departamentinin Quayaibi rayonunda təyyarə qəzası nəticəsində həlak olub. Hadisə nəticəsində deputatın qardaşı da daxil olmaqla daha 3 nəfər həlak olub”, - deyə məlumatda bildirilir.

Həmçinin bildirib ki, deputatın ölümü ilə əlaqədar Konqresdə üç günlük matəm elan edilib.

“Ultima Hora” qəzetinin məlumatına görə, təyyarə havaya qalxarkən ağaca dəyib.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN