İran prezidenti İbrahim Rəisi Moskvaya gəlib. İslam Respublikasının rəhbəri Rusiya rəhbərliyi ilə danışıqlar aparacaq.
Tezadlar.az bildirir ki, bu barədə İranın Rusiya Federasiyasındakı səfiri Kazım Cəlali sosial şəbəkələrdə məlumat verib.
Daha əvvəl bildirilmişdi ki, Vladimir Putin və İbrahim Rəisi ticarət-iqtisadi sahədə, o cümlədən nəqliyyat və energetika sahəsində perspektivli birgə layihələrin həyata keçirilməsini müzakirə edəcəklər. Dövlət başçıları beynəlxalq və regional məsələlərə də toxunacaqlar. Rusiya və İran liderləri arasında danışıqlar həm nümayəndə heyətlərinin iştirakı ilə, həm də işgüzar nahar formatında təkbətək baş tutacaq.
Xatırladaq ki, bir gün əvvəl Putin Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanına səfər edib.
E.ŞİRİNOV