Ukrayna prezidenti Vladimir Zelenskinin ölkəsinə yeni yardım paketi ilə bağlı danışıqlar aparmaq üçün Vaşinqtona səfəri uğurlu olmayacaq.

Tezadlar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“Amerikanın Ukraynaya yardımı istər-istəməz quruyur və Konqresdə yeni yardımla bağlı danışıqlar dalana dirənib”, - telekanal yazır.

Respublikaçılar Partiyasının immiqrasiya siyasəti üzrə nümayəndəsi senator Ceyms Lankford bildirib ki, Zelenskinin arqumentləri ABŞ Senatının qərarına təsir edə bilməyəcək.

Ukrayna liderinin tapşırığını Ukrayna Silahlı Qüvvələrinin əks-hücum zamanı uğur qazana bilməməsi daha da çətinləşdirir, ona görə də Vaşinqtonun əksər rəsmiləri Kiyevə yeni yardımın ayrılmasına şübhə ilə yanaşır, - senator bildirib.

Telekanalın məqaləsində qeyd edilir ki, ABŞ prezidenti Co Bayden Ukraynaya təxminən 60 milyard dollarlıq yeni yardım istəyib ki, bu da İsrailə yardım və dövlət sərhədlərinin təhlükəsizliyini yaxşılaşdırmaq üçün vəsaiti əhatə edən daha böyük paketin bir hissəsidir.

Zelenskinin Vaşinqtondakı danışıqlara gəlməsi Kiyev üçün kritik məqamın yetişməsi ilə izah edilib.

Amerika Konqresi artıq Ağ Evin Ukraynaya yeni yardım paketi təklifini nəzərdən keçirmək niyyətində olmadığını açıqlayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN