Ukrayna Prezidenti Vladimir Zelenski hərbi vəziyyətin və ümumi səfərbərliyin 2024-cü il mayın 13-dək uzadılmasını nəzərdə tutan qanun imzalayıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “Strana.ua” yazır.
Nəşr bildirir ki, beləliklə, prezidentin səlahiyyət müddəti başa çatan bu ilin yazında seçkilər mütləq baş tutmayacaq.
Sənədi əvvəllər Ali Rada təsdiqləyib.
Parlament də müzakirələrə səbəb olan səfərbərlik haqqında qanunun yeni redaksiyasını birinci oxunuşda təsdiqləyib.
Qərb mediasının qeyd etdiyi kimi, Ukrayna hərbçiləri artıq onların tərxis olunmasının mümkünlüyünə inanmırlar. Bir çox əsgər təcrübəli hərbçilərin olmaması səbəbindən münaqişənin sonuna qədər xidmət etməli olacaqlarına inanır.
Müşahidəçilərin fikrincə, Ukraynada Ukrayna Silahlı Qüvvələrinin döyüşən əsgərləri ilə əksər hallarda cəbhəyə getməməyə çalışan mülki əhali arasında münaqişə yetişib.
E.ŞİRİNOV