Roma Papası Fransiski dəfələrlə tənqid edən Argentina prezidenti Xavyer Miley Vatikana gələrək pontifikdən keçmiş bəyanatlarına görə üzr istəyib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Agentliyin məlumatına görə, Papa Fransisk onun üzrxahlığını qəbul edib və bunu “hər kəsin gəncliyin səhvləri” adlandırıb.

Xatırladaq ki, Miley hələ Argentina prezidenti seçilməzdən əvvəl pontifi tənqid etmişdi. Xüsusilə, onu "Yer üzündə ən zərərli olan hər şeyin nümayəndəsi" adlandırdı. Seçildikdən sonra o, ritorikasını dəyişərək izah etdi ki, indi onun qavrayışı ilə bağlı məsələlər ölkə sakinlərinin maraqlarına mane olmamalıdır.

​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN