Martın 4-də BMT Baş Assambleyası BMT Təhlükəsizlik Şurasının Qəzza zolağındakı vəziyyətlə bağlı qətnaməsinin ABŞ tərəfindən bloklanması məsələsini müzakirə edəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə Baş Assambleya sədrinin rəsmi nümayəndəsi Monika Qreli bildirib.

“BMT Baş Assambleyasının sədri Dennis Francis görüşün 4 mart 2024-cü il tarixində saat 10:00-da (Bakı vaxtı ilə 19:00) Baş Assambleyanın Zalında keçiriləcəyini açıqlayıb”, - deyə məlumatda bildirilir.

Xatırladaq ki, söhbət Qəzzadakı vəziyyətlə bağlı Əlcəzairin hazırladığı qətnamədən gedir. Birinci məqam humanitar məqsədlər üçün anklavda dərhal atəşkəs əldə etmək idi. Sənəddə Fələstin mülki əhalisinin zorla köçürülməsi tələbi də rədd edilib.

Qurumun 15 üzvündən 13-ü qərar layihəsinin lehinə səs verib. ABŞ Fələstin və İsrail arasında münaqişənin kəskinləşməsindən sonra üçüncü dəfə Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edərək sənədi bloklayıb.

Bundan əvvəl Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski bildirmişdi ki, Amerikanın hər bir vetosu ABŞ-ın beynəlxalq, xüsusən də Yaxın Şərq dövlətləri arasında nüfuzuna zərbə vurur.

Buna baxmayaraq, Polyanski qeyd edib ki, Vaşinqtonun Qəzza zolağı ilə bağlı mövqeyi getdikcə daha az kateqoriyalı olur.

​​​​​​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN