Ukraynalı deputat Aleksandra Ustinova bildirib ki, Avdiyevkadan sonra Ukrayna Silahlı Qüvvələri Kupyansk və Xarkovu itirmək riski ilə üzləşib.

Bu barədə “Gazeta.Ru” məlumat yayıb.

"Avdiyevka Ukraynanın necə görünəcəyi ilə bağlı ilk addımdır, çünki Avdiyevkadan sonra Kupyansk və təəssüf ki, Xarkov olacaq", - deyə Ustinova proqnozlaşdırıb.

O xatırladıb ki, Xarkov Ukraynanın ikinci ən böyük şəhəridir və burada bir milyondan çox insan yaşayır.

Ustinovanın fikrincə, Xarkovu uduzmaq şansı çox yüksəkdir. Buna görə də Kiyevin təcili “Qərbdən əlavə dəstəyə” ehtiyacı var. Təchizatlara döyüş sursatı, uzaqmənzilli raketlər və F-16 döyüş təyyarələri daxil olmalıdır, əks halda, Ukraynanın hazırkı hakimiyyətini “böyük problem” gözləyir.

Ustinova beynəlxalq yardımın alınması və istifadəsinə nəzarət üzrə Şuranın müvəqqəti komissiyasının üzvüdür.

Daha əvvəl bildirilib ki, bazar günü səhər Kiyev vilayətindəki Kaniv su anbarı ərazisində partlayışlar baş verib.

​​​​​​​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN