Rusiya hava hücumundan müdafiə sistemləri Bryansk vilayətində Ukraynaya məxsus pilotsuz təyyarəni vurub.

Tezadlar.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinə məlumat verilib.

“Martın 4-də Moskva vaxtı ilə saat 13:30 radələrində Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki hədəflərə təyyarə tipli PUA-dan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Növbətçi hava hücumundan müdafiə sistemləri Bryansk vilayətinin ərazisində Ukraynaya məxsus pilotsuz uçuş aparatını məhv edib", - departamentdən bildirilib.

Regional qubernator Aleksandr Boqomazın Telegram kanalında verdiyi məlumata görə, Starodub bələdiyyə dairəsi üzərində təyyarə tipli PUA məhv edilib. Dağıntı və xəsarət alan olmayıb, - o əlavə edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN