İranın ali dini lideri Əli Xamneyi İsrailə ivrit dilində müraciət edərək, Suriyanın paytaxtı Dəməşqdə İran səfirliyinə hücuma görə cavab veriləcəyini bildirib.

Tezadlar.az xəbər verir ki, onun müraciəti X sosial şəbəkə səhifəsində dərc olunub.

“Allahın köməyi ilə biz sionistləri İranın Dəməşqdəki konsulluğuna qarşı təcavüz cinayətindən tövbə etməyə məcbur edəcəyik”, - o deyib.

Bundan əvvəl “İsrailinfo” qəzeti İranın yaxın 48 saat ərzində İsrailə hücum etməyi planlaşdırdığını bildirmişdi. Məlumata görə, hücum İsrail hərbçilərinin İranın Suriyadakı konsulluğuna endirdiyi hava hücumuna cavab olaraq həyata keçiriləcək. ABŞ-ın hazırkı və keçmiş rəsmiləri hazırkı vəziyyətin gərginliyin yeni mərhələsinə çevrilə biləcəyindən ehtiyat edirlər.

Qeyd edək ki, aprelin 1-də İsrail Hərbi Hava Qüvvələri İranın Dəməşqdəki səfirliyinin yanındakı binaya zərbələr endirib. İranın “Tasnim” nəşrindəki mənbənin məlumatına görə, hücum nəticəsində 6 nəfər həlak olub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN