Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyi dünya təşkilatının Təhlükəsizlik Şurasının Ukraynaya həsr olunmuş iclasını elan edib.
“Bu gün, aprelin 11-də Nyu-York vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə 18:00) BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclası keçiriləcək”, - məlumatda deyilir.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova daha əvvəl bildirmişdi ki, BMT Təhlükəsizlik Şurasının brifinqi zamanı Ukrayna ordusunun Zaporojye AES-ə hücumları ilə bağlı məsələ qaldırılacaq.
Beynəlxalq Atom Enerjisi Agentliyi Ukrayna Silahlı Qüvvələrinin Zaporojye Atom Elektrik Stansiyasının binasına hücumunu nüvə təhlükəsizliyinə təhdid hesab etmir.
E.ŞİRİNOV