ABŞ prezidenti Co Bayden ABŞ Konqresinin liderlərini Kiyevə yardımı ehtiva edən milli təhlükəsizlik qanun layihəsini qəbul etməyə inandırmağa çalışıb və onları mümkün qədər tez bunu etməyə çağırıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “The Hill” məlumat yayıb.

Ağ Evin rəhbəri Nümayəndələr Palatasının spikeri Mayk Conson, Senat çoxluğunun lideri Çak Şumer, Senatda azlıqların lideri Mitch McConnell və Nümayəndələr Palatasında azlıqların lideri Hakim Cefrislə danışıb.

Qeyd olunur ki, ABŞ prezidenti söhbət zamanı Nümayəndələr Palatasının əlavə milli təhlükəsizlik qanun layihəsini təsdiqləməsinin təcili zəruriliyini vurğulayıb.

Bundan əvvəl Bayden konqres liderləri ilə İranın İsrailə hücumunu və Nümayəndələr Palatasının İsrailə yeni yardımla bağlı razılığa gəlməsinin təcili ehtiyacını müzakirə edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN