ABŞ-ın keçmiş senatoru Riçard Blek RT ilə söhbətində bildirib ki, hazırkı İsrail hakimiyyəti ABŞ-ı öz tərəflərindəki hərbi əməliyyatlara cəlb etmək üçün hər şeyi edir.
"Netanyahu üçün müqəddəs məqsəd ABŞ-ı Fələstin xalqına qarşı müharibədə İsrailin tərəfində birbaşa döyüşə cəlb etməkdir", - o deyib.
R.Blek İsrailin genişmiqyaslı münaqişəni qızışdırmağa çalışdığına əminliyini ifadə edib.
Onun sözlərinə görə, İranın Dəməşqdəki səfirliyinə hücumu İsrailin baş nazirinin İrandan emosional reaksiyaya səbəb olmaq istəyi olub. Cavab ABŞ-ı müharibəyə cəlb edəcəkdi.
Lakin İran aprelin 14-nə keçən gecə hücum zamanı daha az zərərlə güc nümayiş etdirmək istəyib və buna görə də dronların buraxılmasını əvvəlcədən elan edib, - Blek qeyd edib.
Bundan əvvəl Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov bildirmişdi ki, əgər region ölkələri "gözə göz" prinsipi ilə hərəkət edərlərsə, Yaxın Şərq müharibəyə qərq olacaq.
E.ŞİRİNOV