Xarici agentlər haqqında qanun qəbul olunarsa, Avropa İttifaqı (Aİ) Gürcüstanın təşkilata üzvlük müraciətini donduracaq.
Tezadlar.az xəbər verir ki, bu barədə Financial Times (FT) Aİ-dəki mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, danışıqlarla bağlı qərar qeyri-müəyyən müddətə təxirə salına bilər.
Bundan əvvəl Aİ Gürcüstandan xarici agentlər haqqında qanunu ləğv etməyi tələb edib, çünki bu, “ölkənin Avropaya inteqrasiya istəklərinə mane olur”.
Gürcüstan Avropa İttifaqına üzvlük üçün 2022-ci ilin martında, Ukrayna münaqişəsinin başlanmasından az sonra müraciət edib. Dövlət həmin ilin dekabrında namizəd statusu alıb.
E.ŞİRİNOV