Ermənistanda Rusiyanın Birinci Kanalının yayımı bərpa edilib.

Tezadlar.az xəbər verir ki, “Sputnik Ermənistan” bu barədə özünün Telegram kanalında məlumat yayıb.

Respublikanın yüksək texnoloji sənaye naziri Mxitar Ayrapetyan parlamentdə borc ödənildikdən sonra yayımın bərpa olunduğunu bildirib.

Mayın 28-də Ermənistanda Birinci Kanalın yayımının dayandırıldığı barədə məlumat yayılıb. Daha sonra Ayrapetyan aydınlıq gətirib ki, Rusiya tərəfi iki ay yarım ərzində borc yığılaraq, ödəmə öhdəliklərini yerinə yetirməyib. Daha sonra o, borc ödənildikdən dərhal sonra yayımın bərpa olunacağına inandırıb.

Bundan əvvəl baş nazir Nikol Paşinyan demişdi ki, Ermənistanda Rusiya telekanalları respublika hakimiyyətinin tələblərinə məhəl qoymasalar, onlar bağlana bilər. O, qeyd edib ki, Rusiya mediası respublikanın vətəndaşlarına və siyasi sisteminə hörmətlə yanaşmalıdır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN