Rusiya Federasiyasının Krasnodar diyarında günəbaxan yağının zeytun yağına çevrildiyi gizli sexin üstü açılıb.

 Saxta yağlar qutulara tökülüb və məhsul İspaniya və Yunanıstan yağ kimi satışa ötürülüb.

 Krasnodar diyarının Rodnikovskaya kəndində “Zeytun” yağı yerli günəbaxan yağından istehsal olunurmuş.

Bu günlərdə saxta məhsulun qanunsuz istehsalının üstü açılıb.

 Dadlandırılmış və rənglənmiş Kuban yağı bütün Rusiya ərazisində satılırmış, həm də gizli istehsalçılar qablaşdırmada İspaniya və Yunanıstandan gələn zeytun yağı olduğunu yazıblar.

 Mash xəbər verir ki, fırıldaqçılar bu məhsuldan ay ərzində təxminən 10 milyon rubl qazanıblar.

 Müəssisədən xaricdən gətirilən aksesuar və qablaşdırma avadanlığı və kustar üsulla hazırlanmış 29 ton saxta məhsul götürülüb. Bunun da şübhəli olduğu ortaya çıxıb. Müstəntiqlər xarici avadanlıqların qeyri-qanuni yolla gətirildiyini hesab edirlər.

Yağ maqnatlarını indi saxta mallara görə cinayət işi gözləyir.

 

 JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN