Xaçmaz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin əməkdaşları tərəfindən gömrük orqanına bəyan edilməyən avtomobil ehtiyat hissələri və dərman vasitələrinin gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Tezadlar.az-a verilən məlumata görə, “Samur” gömrük postunun idxal nəzarət xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsindən yük müşayiət sənədlərində qeyd olunmayan və düzgün şəkildə bəyan edilməyən külli miqdarda avtomobil ehtiyat hissələri, tibbi ləvazimatlar və 200 kapsul “Tramadol 50 mq”, 25 ampul “Tramadol 100mq/2ml” adlı dərman vasitələri aşkar olunub.

Xatırladaq ki, “Tramadol” Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı”na daxildir.

Faktla əlaqədar araşdırma aparılır.

R.XUDATQIZI

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN