İlkin məlumatlara görə, Krasnodar diyarının Severski rayonunda Rostov-na-Donu-Gelendjik marşrutu ilə hərəkət edən avtobusun aşması nəticəsində 9 nəfər xəsarət alıb, lakin onların həyatı üçün təhlükə yoxdur.
Tezadlar.az bildirir ki, bu barədə jurnalistlərə vilayət prokurorluğundan məlumat verilib.
“Rayon prokurorluğu iyulun 23-də Severski rayonu, Çernomorski şəhəri ərazisində, A-146 federal yolunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma təşkil edib. Əzilmiş xəsarətlər alan sərnişinlərin həyat və sağlamlıqları üçün heç bir təhlükə yoxdur”, - mesajda deyilir.
E.ŞİRİNOV