Oğuz Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən çay evlərinin birində qanunsuz qumar oyunlarının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Tezadlar.az-a verilən məlumata görə, görülən tədbirlərlə həmin obyektdə qumar oyunları təşkil edən icarədar Elnur Məmmədrəfiyev saxlanılıb. Çay evinə baxış zamanı qumar oyunlarına qoyulan pul vəsaiti və digər maddi sübutlar aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

R.XUDATQIZI

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN