İran hesab edir ki, Qərbin İsrailə qarşı təmkinli çağırışları beynəlxalq hüququn prinsiplərinə ziddir.

Tezadlar.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani deyib.

Onun sözlərinə görə, Almaniya, Fransa və İngiltərənin Tehranı yəhudi dövlətini vurmamağa çağırdıqları birgə bəyanatı siyasi məntiqdən uzaqdır.

“İran İslam Respublikası suverenliyi və milli təhlükəsizliyini qorumaq, regional sabitliyi təşviq etmək və regionda terrorizm və qeyri-sabitliyin əsl mənbəyinə qarşı çəkindirmə yaratmaq əzmindədir və ayrılmaz hüquqlarını həyata keçirmək üçün heç kimdən icazə istəməyəcək”, - deyə Kənani bildirib.

E.ŞİRİNOV

 

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN