Hüquq-mühafizə orqanları ilin əvvəlindən Rusiyada 110 terror aktının qarşısını alıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Milli Antiterror Komitəsinin (MAK) sədri, FTX-nin direktoru Aleksandr Bortnikov Rusiya Federasiyasının təsis qurumlarının terror aktlarını dəf etməyə hazırlığının artırılması və terror aktlarının qarşısının alınması vəzifələrinə dair MAK-ın iclasını keçirərkən bildirib.
“İlin əvvəlindən hazırlığında düşmən tərəfindən cəlb edilmiş vətəndaşların iştirak etdiyi 110 terror aktının qarşısı alınıb. Terror cinayətlərinin hazırlanması və törədilməsi, terrorizmə haqq qazandırmaq və təbliğ etmək, terrorçuları maliyyələşdirmək və onlara yardım etmək ittihamı ilə 1050-dən çox şəxs saxlanılıb”, - MAK-ın informasiya mərkəzində Bortnikovdan sitat gətirilib.
E.ŞİRİNOV