Estoniya Ədliyyə Nazirliyi pula qənaət etmək üçün sənədlərinin rus dilinə tərcüməsini dayandıracaq.
Tezadlar.az bildirir ki, bu barədə idarənin rəhbəri Liisa Pakosta məlumat verib.
İndiyədək nazirlik sənədlərinin təxminən yarısını tərcümə etmişdi. İndi "yalnız eston dilində nəşr olunan hüquqi aktlar hüquqi qüvvəyə malik olacaq", - deyə ədliyyə naziri bildirib.
Estoniya departamenti indiyədək mətnlərin rus dilinə tərcüməsinə ildə təxminən 13 min avro xərcləyib.
Bundan əvvəl Estoniyanın Ali Məhkəməsi qərara almışdı ki, respublika Konstitusiyası dövlətdən eston dilindən başqa heç bir dildə təhsil tələb etmək hüququnu vermir.
E.ŞİRİNOV