Aİ-nin Ukraynaya hərbi yardımı 43,5 milyard avroya çatıb.
Tezadlar.az xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Xosep Borrel Brüsseldə 27 icma ölkəsinin müdafiə nazirlərinin qeyri-rəsmi görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
"Ümumi hərbi yardım indi 43 milyard avronu ötüb. Bu, 43,5 milyard avrodur", - o deyib.