Bəzi ölkələri Əfqanıstanın daxili işlərinə qarışmaqda qınayan "Taliban" Əfqanıstanın  Helmand əyalətində

dəbli saç düzümlərini və saqqal qırxmağı qadağan edib.

Məlumata görə, İslami İstiqamət Nazirliyinin rəsmiləri  əyalətin paytaxtı Laşkarqahdakı kişi bərbər salonlarının nümayəndələri ilə görüş zamanı  müştərilərinin saqqallarını təraş etməməyi və saqqallarını qırxmamağı, həmçinin salon sahiblərinə salonlarında musiqi və ya himn səsləndirməmələri də tövsiyə edilib.

Xatırladaq ki, ötən həftə hərəkatın qurucularından Molla Nuruddin Turabi Əfqanıstanda edam hökmünü bərpa etmək planlarını açıqlayıb.  O, qeyd edib ki,  bəzi cinayətkarların əlləri və ayaqları da kəsiləcək.

“Əllərin kəsilməsi təhlükəsizliyin təmini üçün vacibdir”, - deyə Turabi bəyan edib. 

Qeyd edək ki, yeni hökumət dünya ictimaiyyətini onlara nə etməli olduqlarını deməməyə və ölkənin daxili işlərinə qarışmamağa çağırıb.

Bu gün isə  “Taliban” rəhbərliyi Tacikistanı Əfqanıstanın daxili işlərinə qarışmaqda günahlandırıb. Bunu "Taliban" hökuməti başçısının müavini vəzifəsini icra edən Əbdül Qani Baradar deyib. 

Xatırladaq ki,  avqustun 15-də taliblər Kabili ələ keçirdikdən sonra Prezident Əşrəf Qani ölkədən qaçıb.

Avqustun 16-da “Taliban”ın siyasi ofisinin nümayəndəsi Məhəmməd Naim Əfqanıstanda müharibənin başa çatdığını bildirib. Daha sonra isə Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi açıqlanıb.  Əfqanıstanda "Taliban"ın müvəqqəti rəhbərliyinə isə, adı 2001-ci ildən BMT-nin sanksiyaları altında olan Molla Məhəmməd Həsən Axundun rəhbərlik edəcəyi açıqlanıb.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN