Rusiya Silahlı Qüvvələrinin “Mərkəz” qoşun qruplaşmasının bölmələri Donetsk Xalq Respublikasının Novoqrodovka qəsəbəsini azad edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

““Mərkəz” qüvvələr qrupunun bölmələrinin fəal hərəkətləri nəticəsində Donetsk Xalq Respublikasının Novoqrodovka qəsəbəsi azad edilib. Ukrayna Silahlı Qüvvələrinin 109-cu yerüstü müdafiə briqadası, 47-ci mexanikləşdirilmiş, 144-cü atıcı briqadaların, 49-cu hücum batalyonunun canlı qüvvəsi və texnikası Donetsk Xalq Respublikasının Dzerjinsk, Şerbinovka, Kleban-Bık, Mixaylovka, Krasnoarmeysk, Qrodovka, Qalitsynivka və Dimitrov yaşayış məntəqələrində darmadağın edilib”, - məlumatda deyilir.

Onlar aydınlaşdırıblar ki, Ukrayna Silahlı Qüvvələrinin 32-ci, 100-cü mexanikləşdirilmiş, 59-cu motoatıcı, 142-ci piyada, 25-ci hava desant, Milli Qvardiyanın 12 və 14-cü briqadalarının hücum qruplarının səkkiz əks-hücumları dəf edilib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, düşmən itkiləri bunlardır: 560-a qədər hərbi qulluqçu, bir tank, ABŞ istehsalı olan MaxxPro zirehli döyüş maşını və iki Kozak, iki avtomobil, 152 mm-lik Msta-B haubitsa, 152 mm-lik D- 20 silah və üç 122 mm-lik haubitsa D-30.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN