Sentyabrın 9-də Abşeron rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsi və Müdafi Nazirliyinin N saylı hərbi hissəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və milli-mənəvi dəyərlərin bərpası” mövzusunda maarifləndirici tədbir keçirilib.
Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin müdiri Yalçın Abdullayev, bölmənin əməkdaşı Təbib Məmmədov, hərbi hissənin zabiti Zeyqəm Süleymanov, Məmmədli kəndi “Şahsevən” məscidinin imamı Bəşir Mansurov və hərbçilərin iştirak etdiyi tədbir Ümummilli Lider Heydər Əliyev, Vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini yad etməklə və dövlət himninin oxunması ilə başlanıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Tezadlar.az-a verilən məlumata görə, çıxışçılar Ulu Öndərin xalqımızın milli-mənəvi dəyərlərinin, onun adət-ənənələrinin dirçəldilməsi, xüsusən, İslam mədəniyyəti nümunələri olan məscidlərin, tarixi memarlıq abidələrinin, ziyarətgahların bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsindən danışıblar. Vurğulanıb ki, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı prinsiplərinin banisi Ümummilli Lider Heydər Əliyev olub. Müstəqillik dövrünün təməl daşları üzərində tarixi imzası olan Ulu Öndər azərbaycançılıq ideologiyasının əsasını qoyaraq milli-mənəvi dəyərlər sistemimizi daha da gücləndirmiş, aşınmadan xilas etmişdir.
Tədbir iştirakçıların suallarının cavablandırılması ilə sona çatıb.
R.XUDATQIZI