Sentyabrın 9-da Tovuz rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Qazax-Tovuz regional bölməsi və Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazax rayon Qazılığının birgə təşkilatçılığı ilə "Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsirləri" mövzusuna həsr olunmuş tədbir keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Tezadlar.az-a verilən məlumata görə, tədbirdə DQİDK-nın Qazax-Tovuz regional bölməsinin müdiri vəzifəsini icra edən Pərvin Zeynalov, bölmənin məsləhətçisi Eşqin Allahverənov, QMİ-nin qazısı İlham Süleymanov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər Azərbaycanda mövcud olan tolerant və multikultural şəraitdən danışıblar. Ölkəmizdə müxtəlif dinlərin, məzhəblərin və xalqların nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşadıqları qeyd edilib. Vurğulanıb ki, multikulturalizm xalqımızın həyat tərzidir. Həmçinin məzhəbçilik və dini təəssübkeşlik meyillərinin multikultural cəmiyyət üçün yad olduğu diqqətə çatdırılıb.

Sonda tədbir iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırılıb.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN