Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən 25 kiloqramdan artıq gümüşün qanunsuz yolla gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Tezadlar.az-a verilən məlumata görə, Bakı-İstanbul aviareysi ilə gedən Azərbaycan Respublikası vətəndaşının baqaj yüklərinə rentgen qurğusunda keçirilən baxış zamanı şübhəli təsvirlər müşahidə olunub.
2 ədəd baqaj yüklərində aparılan yoxlama zamanı ümumilikdə 77 ədəd kütlədən ibarət 25 kiloqram 56 qram gümüş aşkar edilib
Faktla bağlı araşdırma aparılır.
R.XUDATQIZI