Britaniyanın daxili işlər naziri Diana Conson ölkədəki oğurluq epidemiyası ilə bağlı məruzə etdiyi polis məmurları üçün keçirilən konfransda pul kisəsini itirib.
Tezadlar.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yazır.
Consonun pul kisəsi oğurlanması dördulduzlu oteldə yüksək rütbəli polis zabitlərinin illik konfransı zamanı baş verib.
“Böyük Britaniyanın daxili işlər naziri Diana Consonun pul kisəsi oğurlanıb. O, Polis Nəzarətçiləri Assosiasiyasının konfransında çıxış edərək, Leyboristlər hökumətinin Mühafizəkarlardan miras qaldığı "anti-sosial davranış, oğurluq və mağaza oğurluğu epidemiyası" barədə xəbərdarlıq etdi.
Daxili İşlər Nazirliyi nazirin əşyalarının oğurlandığını təsdiqləyib və yerli polis araşdırmalara başlayıb.
Əvvəllər Böyük Britaniyada Ukrayna böhranı ilə əlaqədar Rusiyaya tətbiq edilən sanksiyaların təzyiqi fonunda yaşayış qiymətlərinin əhəmiyyətli dərəcədə artması, elektrik və istilik enerjisi tariflərində kəskin artım müşahidə olunub. Böyük Britaniyanın ərzaq dükanlarının sahibləri yaşayış böhranının gətirdiyi oğurluqların "görünməmiş" artımından şikayətlənirlər.
E.ŞİRİNOV