Litvanın strateji prioriteti Rusiya ilə münaqişədə Ukraynanın qələbəsi olmalıdır.

Bu fikri Baltikyanı respublikanın Xarici İşlər Nazirliyinin rəhbəri Qabrielius Landsberqis ABŞ dövlət katibinin müavini Kurt Kempbell ilə görüşdə səsləndirib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Delfi” məlumat yayıb.

"Ukraynanın qələbəsi bizim hamımız üçün strateji prioritet olmalıdır", - Litvanın xarici işlər naziri deyib.

Landsbergis əlavə edib ki, Vaşinqtonun Litvada ABŞ hərbi qüvvələrini yerləşdirmək vədi sayəsində Vilnüs özünü təhlükəsiz hiss edə bilər.

Bundan əvvəl Litva prezidenti Gitanas Nauseda bildirmişdi ki, Vilnüs Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün qısa mənzilli zenit-raket kompleksləri almağı planlaşdırır. O qeyd edib ki, Baltikyanı respublika bir neçə həftə ərzində hava hücumundan müdafiə sistemini Kiyevə ötürə bilər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN