Donald Trampın prezidentliyi 2022-ci ilin fevralında Ukraynada Rusiyanın xüsusi əməliyyatına başlamasının qarşısını ala bilərdi.

Tezadlar.az xəbər verir ki, o, bu fikri “The Telegraph” qəzetinə müsahibəsində bildirib.

O deyib ki, Ukraynanın müqaviməti “azadlıq və demokratiya üçün mütləq vacibdir” və onun məğlubiyyəti “mütləq fəlakət” olacaq və Tramp bunu başa düşür.

“Düşünmürəm ki, o [Tramp] Sovet İttifaqını yenidən böyük etməkdənsə, Amerikanı möhtəşəm etməklə ikinci müddətə başlayan adam kimi tarixə düşmək istəyir”, - Conson bildirib.

O qeyd etdi ki, Respublikaçı olmağın fəzilətlərindən biri “mütləq gözlənilməzlik”dir.

Bundan əvvəl Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp qarşıdan gələn seçkilərdə qalib gələcəyi təqdirdə Ukraynadakı münaqişənin həlli üçün hər iki tərəflə işləməyə hazır olduğunu bildirib. Eyni zamanda ABŞ prezidentliyinə namizəd qeyd edib ki, onun keçmişdə Rusiya lideri Vladimir Putinlə çox yaxşı münasibətləri olub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN